İDMAN

18 Oktyabr

Şəhriyar Məmmədyarov Aimchess Rapid turnirində 1/4 final görüşünə çıxacaq

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov “Meltwater Champions Chess Tour” seriyasının səkkizinci mərhələsi olan “Aimchess Rapid” turnirində 1/4 final görüşünə çıxacaq.

Fins.az-ın məlumatına görə, 37 yaşlı qrosmeyster bu raundda Özbəkistan təmsilçisi Nodirbek Abdusattorovla üz-üzə gələcək.

Norveçli dünya çempionu Maqnus Karlsen hindistanlı Arcun Eriqaisi, Rumıniyanı təmsil edən Riçard Rapport digər hindistanlı Dommaraju Qukeş, polşalı Yan Kşiştof-Duda isə Santoş Viditlə (Hindistan) görüşəcək.