Parisdə keçirilən “Qızıl top”un təqdimetmə mərasimində builki qalibin adı açıqlanıb.
Dünya futbolunda əsas fərdi mükafata Madrid “Real”ının ulduzu Kərim Benzema layiq görülüb.
İlk onluqda həmçinin, Salah (“Liverpul”), Mbappe (PSJ), Tibo Kurtua (“Real”), Vinisius (“Real”), Modriç (“Real”) və Holand (“Mançester Siti”) qərarlaşıb.
İlin ən yaxşı qadın futbolçusu isə mükafata ikinci dəfə ardıcıl olaraq layiq görülən İspaniya millisinin və “Barselona”nın yarımmüdafiəçisi Aleksiya Putelyas olub.