İDMAN

17 Oktyabr

Yunan-Roma güləşçilərimiz DÇ-də mübarizəyə başlayacaq

Bu gün Azərbaycanın 4 yunan-Roma güləşçisi İspaniyanın Pontevedra şəhərində start götürəcək U-23 dünya çempionatında mübarizəyə başlayacaq.

Fins.az xəbər verir ki, yarışın ilk günündə 55 kq çəki dərəcəsində çıxış edən Nihad Quluzadə 1/4 final mərhələsində Artyom Deleanu (Moldova) / Giorgi Toxadze (Gürcüstan) cütünün qalibi ilə üz-üzə gələcək.

63 kq çəkidə çıxış edən Ziya Babaşov 1/8 finalda Endi Xuan Suçla (İspaniya) görüşəcək.

87 kq-da mübarizə aparan Laçın Vəliyev eyni raundda Andreas Vaelislə (Estoniya), 130 kq-dakı Sərxan Məmmədov Damir Zuparovla (Qazaxıstan) güləşəcək.

Qarşılaşmalar Bakı vaxtı ilə saat 13:00-da start götürəcək.