İDMAN

16 Oktyabr

Qətər DÇ zamanı bu azarkeşlər üçün xüsusi məntəqələr açacaq

2022-ci il Dünya Çempionatının Təşkilat Komitəsinin baş direktoru Nasser əl-Hater Qətərdə sərxoş azarkeşlərin ayılması üçün xüsusi yerlərin təşkil ediləcəyini bildirib.

“İnsanların çox içdikləri halda ayılmalarına kömək etmək üçün planlar var. Bu, onların təhlükəsiz olduqları və heç kimə zərər verə bilməyəcəkləri yerlər olacaq”, - deyə əl-Hater bəyan edib.

Xatırladaq ki, Dünya çempionatı noyabrın 20-də başlayır və dekabrın 18-dək davam edəcək.

Mənbə: gazeta.ru