İDMAN

11 Oktyabr

PSJ Milanın futbolçusunu 150 milyon avroya transfer etmək istəyir

İtaliyanın "Milan" klubunun futbolçusu Rafael Leau karyerasını Fransa PSJ-sində davam etdirə bilər.

Fins.az xəbər verir ki, Paris təmsilçisi 23 yaşlı hücumçu üçün 150 milyon avro ödəməyə hazırdır.

Müqaviləyə əsasən, portuqaliyalı oyunçu yalnız bu məbləğ ödəniləcəyi təqdirdə komandadan ayrıla bilər. Futbolçu ilə İngiltərənin "Çelsi" klubu da maraqlanır.

Qeyd edək ki, Rafael Leau 2019-cu ildən "Milan"da çıxış edir. Onun İtaliya klubu ilə sözləşməsi 2024-cü ildə başa çatmalıdır.