Azərbaycan cüdoçusu Zelim Kotsoyev Özbəkistanın paytaxtı Daşkənddə keçirilən dünya çempionatında yarımfinala yüksəlib.
İdmançımız 1/16 finalda İsveçrə təmsilçisi Daniel Eyxə qalib gəlib. Kotsoyev daha sonra qazaxıstanlı Nurluxan Şarxanı mübarizədən kənarlaşdırıb və 1/4 final mərhələsinə yüksəlib.
100 kq çəki dərəcəsində çıxış edən idmançı 1/4 final mərhələsində son dünya çempionu Jorje Fonsekaya (Portuqaliya) qalib gəlib.