İDMAN

11 Oktyabr

Google Tottenhem”in ev stadionunun adını almaq istəyir

İngiltərə Premyer Liqası klubu “Tottenham Hotspur” ev stadionunun adı üzərindəki hüququnu “Google”a satmağı düşünür.

Məlumata görə, bu məsələ ilə bağlı danışıqlar artıq irəliləyiş mərhələsindədir, lakin tərəflər hələlik yekun razılığa gəlməyiblər.

Arena 2019-cu ildə açılıb və 62 850 tamaşaçı tutumuna malikdir. “Tottenhem” stadionun tikintisinə təxminən 1 milyard funt sterlinq xərcləyib. Burada təkcə futbol matçları deyil, həm də konsertlər və müxtəlif şoular, boks yarışları, Amerika futbolu oyunları keçirilir ki, bu da “Google” üçün xüsusi maraq kəsb edir.

Mənbə: gazeta.ru