Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) klubların yeni dünya reytinqini açıqlayıb.
Fins.az xəbər verir ki, 305 komandanın olduğu siyahıda Azərbaycan təmsilçilərindən yalnız "Qarabağ" yer alıb.
Aktivində 130,5 xal olan "köhlən atlar"ın mövqeyi dəyişməz qalıb. Ölkə çempionu 91-ci pillədə qərarlaşıb.
İlk "3-lük"də 308 xalla "Palmeyras", 301 xalla "Flamenqo" (hər ikisi Braziliya) və 280 xalla "Liverpul" (İngiltərə) qərarlaşıb.