Fansa millisinin sabiq futbolçusu Frank Riberi karyerasını bitirməyə hazırlaşır.
İtaliyanın “Salernitana” klubunun yarımmüdafiəçisi futboldan getmək fikrinə düşüb.
39 yaşlı ulduz futbolçu A seriyası təmsilçisi ilə müqaviləsini vaxtından əvvəl ləğv etməyi planlaşdırır. Keçən ildən “Salernitana”da çıxış edən Riberi bu mövsüm cəmi 2 oyunda meydana çıxıb.
Qeyd edək ki, Frank Riberi ötən mövsüm A seriyasında 22 oyuna çıxıb, 3 məhsuldar ötürmə verib.