İDMAN

09 Oktyabr

Messi zədələndi

PSJ-nin hücumçusu Lionel Messi zədələnib.

Argentinalı superulduz Çempionlar Liqasında “Benfika” ilə keçirilən oyunda (1:1) dizindən xəsarət alıb.

Argentinalı futbolçu qol vurduğu oyunda zədələnsə də, durumunun ciddi olmadığı açıqlanıb. Matçın 81-ci dəqiqəsində əvəzlənməsinə səbəb də məhz bu olub. O, özü baş məşqçi Kristof Qaltyedən diz nahiyəsində diskomfort hiss etdiyi üçün əvəzlənməsini istəyib. 35 yaşlı oyunçu Liqa1 çərçivəsində “Reyms”lə görüşü buraxa bilər.

Qeyd edək ki, “Reyms” – PSJ matçı X tur çərçivəsində sabah keçiriləcək.