Xorvatiyanın “Dinamo” (Zaqreb) klubu futbolçusu Mahir Emreli ilə bağlı açıqlama yayıb.
Fins.az-ın məlumatına görə, Zaqreb təmsilçisi 25 yaşlı hücumçunun FIFA tərəfindən cəzalandırıldığını təsdiqləyib.
Klubdan bildirilib ki, ali futbol qurumunun qərarı oktyabrın 5-də Xorvatiya Futbol Assosiasiyası vasitəsilə çatdırılıb:
“Dinamo” bu məsələdə bitərəfdir. Futbolçunun bütün borcu ödənilənədək FİFA-nın diskvalifikasiya ilə bağlı qərarı tətbiq ediləcək”.
Qeyd edək ki, FIFA “Legiya” qarşısında maliyyə öhdəliklərini yerinə yetirmədiyi üçün Mahir Emrleinin futbolla bağlı bütün fəaliyyətinə qadağa qoyub.