"Qarabağ" UEFA Avropa Liqasının qrup mərhələsində növbəti oyununu keçirib.
Fins.az-ın məlumatına görə, "köhlən atlar" G qrupunun III turunda Yunanıstanda "Olimpiakos"un qonağı olub. "Georgios Karaiskakis" stadionunda oynanılacaq qarşılaşma “köhlən atlar”ın 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Qrupun digər oyununda isə “Frayburq” Almaniyada “Nant”a 2:0 hesabı ilə qalib gəlib.
Bu nəticələrdən sonra Bundesliqa təmsilçisi 9 xalla liderliyini qoruyub. 6 xalı olan “Qarabağ” 2-ci pillədə qalıb. “Nant” 3 xalla 3-cü, xalı olmayan “Olimpiakos” isə sonuncudur