İDMAN

06 Oktyabr

Həmyerlisi məhsuldar ötürmə sayında Messini keçib

İtaliyanın "Yuventus" klubunun futbolçusu Anxel Di Mariya Çempionlar Liqasında Fransa PSJ-sində çıxış edən Lionel Messinin nailiyyətini geridə qoyub.

Fins.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, 34 yaşlı yarımmüdafiəçi buna evdə İsrailin "Makkabi" (Hayfa) komandasına 3:1 hesabı ilə qalib gəldikləri qrup mərhələsinin III tur oyununda müvəffəq olub.

Qarşılaşmada 3 məhsuldar ötürmə ilə yadda qalan argentinalı oyunçu qitənin bir nömrəli klub turnirində məhsuldar ötürmə sayında həmyerlisini ötüb. Hazırda Di Mariyanın 38, Messinin 37 assisti var.

Qeyd edək ki, Çempionlar Liqasında məhsuldar ötürmə sayına görə siyahıya İngiltərə "Mançester Yunayted"ində çıxış edən Kriştianu Ronaldu (42) başçılıq edir.