Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) hazırkı prezidenti Aleksander Çeferin yenidən bu vəzifəyə seçilmək niyyətindədir.
O, bu barədə bazar ertəsi Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının konqresində bildirib.
“Yeni müddət üçün müraciət edəcəyəm”,- deyə Çeferin bəyan edib.
Qeyd edək ki, Çeferinin 54 yaşı var. O, 2016-cı ildən UEFA prezidentidir və 2019-cu ildə sloveniyalı yenidən bu vəzifəyə seçilib.
Xatırladaq ki, UEFA prezident seçkiləri 2023-cü ildə keçiriləcək.
Mənbə: TASS