İDMAN

29 Sentyabr

İnter Türkiyə millisinin müdafiəçisini transfer etmək istəyir

Türkiyə millisinin və İngiltərənin "Lester" klubunun futbolçusu Çağlar Söyüncü karyerasını İtaliyada davam etdirə bilər.

 "İnter" 26 yaşlı müdafiəçini heyətinə qatmaq istəyir.

Milan təmsilçisi qışda türkiyəli oyunçunu transfer etməyə çalışacaq.

Qeyd edək ki, Çağlar Söyüncü 2018-ci ildən "Lester"də çıxış edir.