Fransanın "Pari Sen-Jermen" futbol klubunun və Argentina milli komandasının hücumçusu Lionel Messi İspaniyanın "Barselona" komandasına transfer təklifini nəzərdən keçirməyə hazır olduğunu bildirib.
Fins.az-ın məlumatına görə, bu barədə "Forbes" xəbər verib.
İspaniya klubunun prezidenti Joan Laporta 35 yaşlı argentinalıya "Barselona"ya mümkün qayıtması barədə zəng edib. Klubun prezidenti L.Messidən müqaviləsini daha əvvəl yeniləyə bilmədiyi üçün üzr istəyib.
Hücumçu hazırda keçidi müzakirə etməyib. O, 2022-ci ilin Dünya çempionatına qədər PSJ-dən ayrılmaq fikrində olmadığını, lakin bundan sonra danışıqlara hazır olduğunu bildirib.