Şimali Makedoniya millisinin kapitanı Qoran Pandev karyerasını başa vurub.
Fins.az "L Equipe" nəşrinə istinadən xəbər verir ki, təcrübəli hücumçu 39 yaşında futbolla vidalaşıb.
Pandev karyerası ərzində İtaliyada "İnter", "Latsio", "Napoli", "Cenoa", "Parma" kimi klubların, həmçinin Türkiyədə "Qalatasaray"ın formasını geyinib.
AVRO-2020-də Avstriya yığmasına 1:3 hesabı ilə uduzduqları qrup mərhələsinin I tur oyununda komandasının yeganə qoluna imza atan forvard qitə turnirinin tarixində fərqlənən ən yaşlı ikinci oyunçu olub. Pandev bu göstəricidə yalnız avstriyalı İvitsa Vastiçdən geri qalır.