İDMAN

22 Sentyabr

Azərbaycan - Qazaxıstan oyununu almaniyalı hakimlər idarə edəcək

Bakıda Azərbaycan və Qazaxıstan yığmaları arasında keçiriləcək UEFA Millətlər Liqasının qrup mərhələsinin VI tur oyununun təyinatları bəlli olub.

Fins.az-ın  məlumatına görə, qarşılaşma Almaniyadan olan olan hakimlər briqadasına tapşırılıb.

Baş hakim Harm Osmersə Robert Kempter və Dominik Şaal laynsmanlar qismində köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Martin Petersen yerinə yetirəcək.

İspaniyalı Manuel Diaz Vega hakim-inspektor, estoniyalı Veiko Soo isə UEFA nümayəndəsi olacaq.

Qeyd edək ki, sentyabrın 25-də "Dalğa Arena"da keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq. Azərbaycan millisi bu gün V turda Trnavada Slovakiya ilə üz-üzə gələcək.