İDMAN

14 Sentyabr

Ağırlıqqaldırma üzrə Azərbaycan birinciliyi təxirə salınıb

20 və 23 yaşadək gənclər arasında ağırlıqqaldırma üzrə Azərbaycan birinciliyi təxirə salınıb.

Azərbaycan Ağır Atletika Federasiyasından verilən məlumata görə, buna Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədində törədilən genişmiqyaslı təxribatın qarşısı alınarkən Azərbaycan Silahlı Qüvvələrin 50 hərbi qulluqçusunun şəhid olması səbəb olub.

Yarışın nə vaxt və harada təşkil olunacağı hələlik bəlli deyil.

Qeyd edək ki, Azərbaycan birinciliyi 15-16 sentyabrda baş tutmalı idi.