Azərbaycanın qadın güləşçisi Leyla Qurbanova Serbiyanın paytaxtı Belqraddakı dünya çempionatında təsəlliverici görüşə çıxmayacaq.
Azərbaycan Güləş Federasiyasından verilən məlumata görə, 53 kq çəki dərəcəsində çıxış edən idmançı zədəsi ciddi olduğu üçün mübarizəni dayandırıb.
Qurbanovanın ötən gün Xulan Batxuyaqla (Monqolustan) 1/4 final görüşündə çiyni çıxıb. Daha sonra ona tibbi müdaxilə olunub. Güləşçi təsəlliverici qarşılaşmada Vineş Vineş (Hindistan) / Juldiz Eşimova (Qazaxıstan) cütünün qalibi ilə üz-üzə gəlməli idi.
Qeyd edək ki, bu gün Azərbaycanın daha iki qadın güləşçisi dünya çempionatında mübarizəyə başlayacaq. 65 kq-dakı Elis Manolova isə təsəlliverici görüşdə Aslı Demirlə (Türkiyə) görüşəcək.