XXI əsrin üçüncü onilliyinin ən yaxşı bombardirləri açıqlanıb.
Fins.az-ın məlumatına görə, İFFHS-in cədvəlinə Robert Levandovski başçılıq edir.
100 qol vuran polşalını Kilian Mbappe izləyir. Fransalının aktivində 87 top var. Erlinq Haland 79 qolla 3-cüdür.
Ən yaxşı “11-lik”də Kriştiano Ronaldo və Lionel Messi də var. Onlar liderlərdən çox geri qalır.
1. Robert Levandovski (Polşa) - 100
2. Kilian Mbappe (Fransa) – 87
3. Erlinq Haland (Norveç) – 79
4. Kərim Benzema (Fransa) – 76
5. Qabriel Barboza (Braziliya) – 68
6. Harri Keyn (İngiltərə) – 67
7. Mohamed Abdel Rahman (Sudan) – 63
8. Kriştiano Ronaldo (Portuqaliya) – 59
9-11. Lionel Messi (Argentina) – 58
Peter Şalulille (Namibiya) – 58
Maykl Olunqa (Keniya) – 58