İDMAN

13 Sentyabr

Çempionlar Liqası: Bu gün "Bavariya" - "Barselona" oyunu keçiriləcək

Bu gün UEFA Çempionlar Liqasında qrup mərhələsinin II turuna start veriləcək. Fins.az-ın məlumatına görə, ilk oyun günündə 8 qarşılaşma keçiriləcək.

A qrupunda İngiltərə "Liverpul"u Niderlandda "Ayaks"ın, Şotlandiya "Reyncers"i İtaliyada "Napoli"nin qonağı olacaq.

B qrupunda "Portu" Portuqaliyada Belçika "Brügge"sini, "Bayer" Almaniyada İspaniyanın "Atletiko" (Madrid) komandasını qəbul edəcək.

Gecənin ən prinsipial və maraqla gözlənilən matçı C qrupunda olacaq. Qrup mərhələsinə qələbə ilə start verən Almaniya "Bavariya"sı ilə İspaniya "Barselona"sı Münhendə üz-üzə gələcəklər. Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Qonaqların heyətində Robert Levandovski 8 il formasını geyindiyi və ötən mövsümün sonunda tərk etdiyi Bundesliqa təmsilçinə qarşı mübarizə aparacaq. Bu qrupun digər oyununda Plzen "Viktoriya"sı Çexiyada İtaliya "İnter"ini sınağa çəkəcək.

D qrupunda İngiltərə "Tottenhem"i Portuqaliyada "Sportinq"lə, Almaniyanın "Ayntraxt" (Frankfurt) klubu isə Fransada "Marsel"lə qarşılaşacaq.

Çempionarl Liqası

Qrup mərhələsi, II tur

13 sentyabr

A qrupu

23:00. "Liverpul" (İngiltərə) - "Ayaks" (Niderland)

23:00. "Reyncers" (Şotlandiya) - "Napoli" (İtaliya)

Xal durumu: "Ayaks" - 3. "Napoli" - 3. "Liverpul" - 0. "Reyncers" - 0.

B qrupu

23:00. "Portu" (Portuqaliya) - "Brügge" (Belçika)

23:00. "Bayer" (Almaniya) - "Atletiko" (Madrid, İspaniya)

Xal durumu: "Atletiko" - 3. "Brügge" - 3. "Portu" - 0. "Bayer" - 0.

C qrupu

20:45. "Viktoriya" (Plzen, Çexiya) - "İnter" (İtaliya)

23:00. "Bavariya" (Almaniya) - "Barselona" (İspaniya)

Xal durumu: "Barselona" - 3. "Bavariya" - 3. "İnter" - 0. "Viktoriya" - 0.

D qrupu

20:45. "Sportinq" (Portuqaliya) - "Tottenhem" (İngiltərə)

23:00. "Marsel" (Fransa) - "Ayntraxt" (Frankurt, Almaniya)

Xal durumu: "Sportinq" - 3. "Tottenhem" - 3. "Marsel" - 0. "Ayntraxt" - 0.

Qeyd edək ki, II turun digər matçları sentyabrın 14-də olacaq.