İDMAN

13 Sentyabr

Dünya çempionatı: Azərbaycanın daha iki qadın güləşçisi mübarizəyə başlayır

Azərbaycanın daha iki qadın güləşçisi bu gün Serbiyanın paytaxtı Belqraddakı dünya çempionatında mübarizəyə başlayacaq.

Fins.aaz-ın məlumatına görə, 53 kq çəki dərəcəsində çıxış edən Leyla Qurbanova 1/8 final mərhələsində Yuliya Leorda (Moldova) ilə üz-üzə gələcək.

65 kq-dakı Elis Manolova 1/4 finalda Aslı Demir (Türkiyə) / Jia Lonq (Çin) cütünün qalibi ilə görüşəcək.

Bu gün həmçinin üç güləşçi təsəlliverici görüşə qatılacaq. Yunan-Roma güləşçilərindən 60 kq-dakı Murad Məmmədov Yustias Petraviçyus / Ahmed Mahmud (Misir) duelinin güclüsü ilə, 130 kq-dakı Sabah Şəriəti Alimxan Sidikovla (Qazaxıstan), qadın güləşçilərdən 62 kq-dakı Tatyana Omelçenko Xiaojuan Luo (Çin) ilə güləşəcək.

Qeyd edək ki, daha əvvəl 5 yunan-Roma güləşçisi medal qazanıb. Eldəniz Əzizli (55 kq) qızıl, Ülvi Qənizadə (72 kq) gümüş, Taleh Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq) və Arif Niftullayev (97 kq) bürünc medala sahib çıxıb.