İDMAN

12 Sentyabr

Dünya çempionatı: Azərbaycanın 3 güləşçisi yarımfinala yüksələ bilməyib

Azərbaycanın son 3 güləşçisi Serbiyanın paytaxtı Belqraddakı dünya çempionatında yarımfinala yüksələ bilməyib.

Yunan-Roma güləşçilərindən 60 kq çəki dərəcəsində çıxış edən Murad Məmmədov 1/8 finalda Rabbi Kilandiyə (Konqo) qalib gəlsə də, 1/4 finalda Armen Nazaryana (Bolqarıstan) yenilib.

130 kq-dakı Sabah Şəriəti 1/16 finalda Satiş Satişi (Hindistan) yenməsinə baxmayaraq, növbəti mərhələdə Amin Mirzazadeyə (İran) uduzub.

Qadın güləşçi, 62 kq-da çıxış edən Tatyana Omelçenko isə ardıcıl olaraq Ti Nquyen (Vietnam) və Marva Amriyə (Tunis) qalib gəlib. Omelçenko 1/4 finalda Kiyoko Miraklla (ABŞ) bacarmayıb.

Hər üç güləşçi rəqibləri finala adlayacağı təqdirdə, sentyabrın 13-də təsəlliverici görüşə qatılacaq.