PSJ-nin idman direktoru Luiş Kampuş klubu tərk edə bilər.
Futbol funksioneri “Çelsi”nin hədəfindədir.
İngiltərə təmsilçisinin şərikli sahiblərindən olan Todd Boeli mütəxəssisi öz klubunda görmək istəyir. O, menecerlə danışıqlara da başlayıb.
London klubunun rəhbərliyi həm heyətdən, həm oyundan narazıdır. Premyer Liqa təmsilçisi komandanın gücləndirilməsi üçün Kampuş kimi menecerə ehtiyac olduğu qənaətindədir.
Qeyd edək ki, yeni baş məşqçi Qrem Potter də idman direktoru vəzifəsinin önəmli post olduğu fikrindədir.