“Qarabağ”ın futbolçusu Maksim Medvedevin durumuna aydınlıq gəlib.
Bunu Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov açıqlayıb.
O bildirib ki, müdafiəçinin zədəsi ağırdır. Avropa Liqasının “Frayburq”la Almaniyadakı oyunundan (1:2) əvvəl məşqdə xəsarət alan Maksim uzun müddətə sıradan çıxıb.
“Qarabağ”ın kapitanı bir ay məşqlərdən kənar qalacaq. Onun rəsmi oyunlara nə vaxt çıxacağı isə bərpa prosesindən asılı olacaq.