İDMAN

12 Sentyabr

Üç güləşçimiz bürünc görüşünə çıxacaq, üçü mübarizəyə başlayacaq

Serbiyanın paytaxtı Belqradda keçirilən güləş üzrə dünya çempionatında bu gün daha 3 Azərbaycan idmançısı xalça üzərinə çıxacaq.

Fins.az xəbər verir ki, yunan-Roma güləşçilərindən 130 kq çəki dərəcəsində Sabah Şəriəti 1/16 finalda hindistanlı Satiş Satişlə üz-üzə gələcək.

60 kq çəkidə Murad Məmmədov 1/8 finalda ukraynalı Viktor Petriki və konqolu Rabbi Kilandi cütünün qalibini mübarizədən kənarlaşdırmağa çalışacaq.

Qadınların yarışında isə 62 kq çəkidə Tatyana Omelçenko təsnifat mərhələsində vietnamlı Ti Nquyenlə üz-üzə gələcək.

Bu gün həmçinin yunan-Roma güləşçilərindən Taleh Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq) və Arif Niftullayev (97 kq) bürünc medal uğrunda, Rafiq Hüseynov (82 kq) isə təsəlliverici görüşdə iştirak edəcək.