Bu gün Avropa Liqasında qrup mərhələsinə start veriləcək.
“Qafqazinfo” xəbər verir ki, Azərbaycan çempionu “Qarabağ” ilk matçını səfərdə keçirəcək.
G qrupunda mübarizə aparan Qurban Qurbanovun komandası Almaniyada “Frayburq”un qonağı olacaq. “Volfsvinkel” stadionunda keçiriləcək qarşılaşma saat 23:00-da start götürəcək.
Qeyd edək ki, qrupun digər oyununda Fransa “Nant”ı Yunanıstan çempionu “Olimpiakos”u qəbul edəcək.
Avropa Liqası
I tur, G qrupu
8 sentyabr
23:00. “Frayburq” (Almaniya) – “Qarabağ” (Azərbaycan)
Baş hakim: Erik Lambrexts (Belçika)
Frayburq. “Volfsvinkel” stadionu