İDMAN

08 Sentyabr

“Qarabağ” “Trabzonspor”un futbolçusu ilə anlaşdı

“Qarabağ” “Trabzonspor”dan ayrılan  Benqali-Fode Koyta  ilə anlaşıb.

Bu barədə futbolçunun özü məlumat verib. 

O bildirib ki, artıq Azərbaycan təmsilçisi ilə razılıq əldə edib: “Mən “Qarabağ”a gəlirəm”.

Qeyd edək ki, Benqali-Fode Koyta peşəkar karyerasına Fransanın “Monpelye” klubunda başlayıb. O, icarə əsasında “Lans” və “Le Havre”də oynayıb. 2013-cü ildə “Kann” klubuna keçib. 2 il burada oynadıqdan sonra İngiltərə “Bləkbörn”ünə transfer olunur. 

2016-ci ildə isə Koyta Türkiyənin “Kasımpaşa” klubuna keçir. Burada 5 il çıxış edir və 100 oyuna 27 qol vurur. Ötən il isə o, “Trabzonspor” transfer olunub. Trabzonluların heyətində Koyta 18 oyuna qol vura bilməyib.