Azərbaycan fiqurlu konkisürəni Yekaterina Ryabova karyerasını başa vurub.
Fins.az-ın məlumatına görə, Ryabova bu qərarı 19 yaşında ikən verib. Lakin o, səbəb açıqlamayıb: "İdmançı karyeramı bitirdim. Üzərimdə əməyi olanlara təşəkkür edirəm", - deyə fiqurlu konkisürən sosial şəbəkə hesabında yazıb.
Qeyd edək ki, Yekaterina Ryabova kiçik yaşlarından Rusiya yığmasında çıxış edib. 2019-cu ilin yanvarında o, Azərbaycan yığmasının heyətinə daxil edilərək, Avropa və dünya çempionatlarına aparılıb. Ryabova 3 il öncə beynəlxalq "Ice Star" turnirinin bürünc mükafatçısı olub.
Fiqurlu konkisürən Pekin-2022 Qış Olimpiya Oyunlarında isə fərdi proqramda 15-ci yeri tutub.