İDMAN

06 Sentyabr

Millimizin rəqibinə 33 futbolçu çağırıldı

Millətlər Liqasında Azərbaycan yığması ilə qarşılaşacaq Qazaxıstanın heyəti açıqlanıb.

Baş məşqçi Maqomed Adiyev ilkin heyəti müəyyənləşdirib.

Sentyabrın 22-də Belarus, üç gün sonra Azərbaycanla görüşəcək Qazaxıstan yığmasına 33 futbolçu dəvət alıb. Millimizin rəqibi hazırlığı sentyabrın 14-də Nur-Sultanda başlayacaq.

Qapıçılar: İqor Şatski (“Şaxtyor”), Muxammedjan Seysen (“Taraz”), Bekxan Şayzada (“Ordabası”), Danil Ustimenko (“Kayrat”);

Müdafiəçilər: Sergey Malıy, Aleksandr Maroçkin, Baqdat Kairov (hamısı “Tobol”), Eldos Axmetov (“Taraz”), Mixail Qabışev, Talqat Kusəpov (hər ikisi “Astana”), Marat Bıstrov (“Axmat”, Rusiya), Temirlan Erlanov, Dmitri Şomko, Alibek Kasım (hamısı “Aktobe”), Nuralı Alip (“Zenit”, Rusiya), Qafurjan Suyumbayev (“Aksu”);

Yarımmüdafiəçilər: Yuri Loqvinenko, Ramazan Orazov, Maksim Samorodov (hamısı “Aktobe”), Asxat Taqıberqen, Samat Jarınbetov (hər ikisi “Tobol”), Aslan Darabayev, Timur Dosmaqambetov, İslambek Kuat (hamısı “Astana”), Yan Voroqovski (“Molenbek”, Belçika), Baktier Zaynutdinov (MOİK, Rusiya), Elxan Astanov (“Ordabası”), Adilet Sadıbekov (“Kayrat”);

Hücumçular: Abat Aymbetov (“Astana”), Abılayxan Jumabek (“Taraz”), Aybar Jaksılıkov (“Tobol”), Artur Şuşenaçev (“Kayrat”), Roman Murtazayev (“Şaxtyor”).