“Atalanta” İtaliya A seriyasında vahid lider olub.
Fins.az-ın məlumatına görə, bu, V turun oyunlarından sonra gerçəkləşib.
“Montsa”nı 2:0 hesabı ilə məğlub edən Can Pyero Qasperininin yetirmələri zirvəni ələ keçirib. Berqamo təmsilçisinin aktivində 13 xal var.
Bununla da A seriyası tarixində ilk yaşanıb. “Atalanta” birinci dəfədir ki, çempionatda ən azı 5 tur oynanıldıqdan sonra vahid lider olur.
Qeyd edək ki, liderin ən yaxın izləyiciləri “Napoli” və “Milan”ın hərəsi 11 xal toplayıb.