İDMAN

05 Sentyabr

Azərbaycan şahmatçısı Rusiyaya turnirə yollanıb

Azərbaycan şahmatçısı Ülviyyə Fətəliyeva bu gün Rusiyanın Vladivostok şəhərində start götürəcək rapid üzrə beynəlxalq turnirə yollanıb.

Azərbaycan Şahmat Federasiyasından  verilən məlumata görə, yarışda Rusiya, Hindistan, Qazaxıstan, Belarus, Tacikistan, İran, Qırğızıstan və digər ölkələrin təmsilçiləri də mübarizə aparacaq.

32 iti zəka sahibinin qatılacağı turnir 11 turdan ibarət olacaq.

Qeyd edək ki, Ülviyyə Fətəliyeva Çexiyanın paytaxtı Praqadakı şəxsi Avropa çempionatında bürünc medal qazanıb.