“Böyük beşlik” liqalarının ən bahalı klubları açıqlanıb.
Fins.az-ın məlumatına görə, CİES futbol observatoriyası komandaların heyətlərinin ümumi qiymətini müəyyənləşdirib.
“Mançester Siti” dəyəri 1 milyardı keçən yeganə klubdur. “Mançester Yunayted” ikinci, PSJ üçüncüdür.
“Top-10”da İngiltərənin daha çox – 6 komandası var. İspaniyanın iki, Fransa və İtaliyanın bir təmsilçisi bura düşə bilib.
1. “Mançester Siti” – 1 milyard 50 milyon avro
2. “Mançester Yunayted” – 999 milyon avro
3. PSJ – 961 milyon avro
4. “Çelsi” – 906 milyon avro
5. “Liverpul” – 773 milyon avro
6. “Real” – 721 milyon avro
7. “Barselona” – 672 milyon avro
8. “Yuventus” – 563 milyon avro
9. “Arsenal” – 535 milyon avro
10. “Tottenhem” – 519 milyon avro