“Nike” şirkəti Çelsi futbol klubu ilə 900 milyon funt sterlinqlik müqaviləni dayandırmağı planlayır.
Fins.az xəbər verir ki, rusiyalı oliqarx Roman Abramoviçin aktivləri dondurulduqdan sonra Çelsi klubunun gələcəyi təhlükə altına düşüb. Buna görə Çelsi klubunun forma tədarükçüsü “Nike” 2016-cı ildə bağlanmış 900 milyon funt sterlinqlik müqaviləni ləğv edəcək. “Nike” şirkətinin müqavilədən çıxması həm də Çelsi klubu üçün 540 milyon funt sterlinq itki deməkdir.
Qeyd edək ki, Çelsi klubunun sponsorlarından biri olan “Three” firması da 40 milyon funt sterlinqlik müqaviləsini dayandırıb.
© azertac