İDMAN

24 Dekabr

Rövnəq Abdullayev 2020-ci ili dəyərləndirdi

Bakı 24 dekabr Fins.az

“Səmərəli müzakirələr apardıq, müvafiq qərarlar qəbul olundu. Hər birinizə iclasda iştirakınıza görə təşəkkür edirəm. Bu il üçün İcraiyyə Komitəsinin sonuncu iclası idi”.

Bunu AFFA-nın prezidenti Rövnəq Abdullayev deyib.

AFFA-nın bu gün keçirilmiş İcraiyyə Komitəsinin iclasından sonra Abdullayev 2020-ci ili də dəyərləndirib:

“Pandemiya ilə əlaqədar bu il bütün dünya üçün yaddaşlarda uğursuz il kimi qala bilər, amma Azərbaycan üçün, xalqımız üçün 2020-ci il zəfər ilidir. Uzun müddət işğal altında olan torpaqlarımızı cənab Ali Baş Komandanın qətiyyəti, cəsarəti və ordumuzun rəşadəti sayəsində azad etməyə nail olduq. Arzu edirəm ki, bundan sonra bütün illər ölkəmizin quruculuq, inkişaf illəri olsun. Hər birinizi qarşıdan gələn Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə təbrik edir, bu pandemiya günlərində sağlam olmağınızı arzulayıram!”.