Futbol üzrə İspaniya La Liqasında çıxış edən "Real Sosyedad" klubu baş məşqçisi İmanol Alquasillə müqavilənin müddətini uzadıb.
49 yaşlı mütəxəssisin yeni sözləşməsi 2023-cü ilə qədər nəzərdə tutulub.
Qeyd edək ki, İmanol Alquasil 2018-ci ildən "Real Sosyedad"ın baş məşqçisidir. Komanda cari mövsüm turnir cədvəlində 26 xalla 3-cü pillədə qərarlaşıb.