İDMAN

22 Dekabr

Tokio-2020-nin büdcəsi artırılıb

Bakı 22 dekabr Fins.az

2021-ci ildə Yaponiyanın paytaxtı Tokioda keçiriləcək Yay Olimpiya və Paralimpiya Oyunlarının büdcəsi artırılıb.

Yarışların ümumi büdcəsi 15,8 milyard dollara çatıb.

Buna Olimpiya və Paralimpiya Oyunlarının koronavirus pandemiyası üzündən bir il sonraya təxirə salınması səbəb olub. Bu rəqəm əvvəlki ilə müqayisədə 2,85 milyard artıb.

 

Bunun böyük hissəsi idman obyektləri və Olimpiya kəndi ilə bağlıdır. 931 milyon isə koronavirus infeksiyasının yayılmamasına xidmət edən tədbirlərə yönələcək.

Yarışın Təşkilat Komitəsi 6,97, şəhər rəhbərliyi 6,787 milyard xərcləyəcək. Digər vəsaiti Yaponiya hökuməti ayıracaq. Beynəlxalq Olimpiya Komitəsi də 193 milyon ödəyəcək.

Qeyd edək ki, Olimpiya Oyunları iyulun 23-dən avqustun 8-dək, Paralimpiya Oyunları avqustun 24-dən sentyabrın 5-dək keçiriləcək.