İDMAN

22 Dekabr

Azərbaycanda 2020-ci ildə antidopinq qayda pozuntularının sayı açıqlandı

Bakı 22 dekabr Fins.az

İl ərzində ilk dəfə 24 antidopinq qayda pozuntusu aşkarlanıb. 

AMADA (Azərbaycan Milli Anti-Dopinq Agentliyi) bu gün hesabat açıqlayıb.

Boks (4), ağır atletika (3), cüdo (3), taekvondo (3), karate (3), velosiped idmanı (2), güləş (2), futbol (1), paracüdo (1), atletika (1) və samboda (1) il ərzində antidopinq pozuntuları müəyyənləşib.

 

Həmçinin, 11 dəfə məkan məlumatının təqdim edilməməsi (idmançının harda olduğunu bildirməməsi) və 10 dəfə isə buraxılmış test (idmançının testə gəlməməsi) halı olub.

Bunlar cüdo (3), futbol (3), karate (3), boks (2), ağır atletika (2), üzgüçülük (2), atletika (1), həndbol (1), voleybol (1), velosiped idmanı (1), güləş (1) və triatlonda (1) müşahidə edilib.