Böyük Britaniyada 2020-ci ilin ən yaxşı idmançısı açıqlanıb.
BBC-nin apardığı səsverməyə əsasən bəlli olub.
“Mercedes” komandasında çıxış edən Formula 1 üzrə yeddiqat dünya çempionu Luis Hamilton ilin idmançısı seçilib. İngiltərə yığmasının və “Liverpul”un futbolçusu Cordan Henderson ikinci, çapar Holli Doyl isə üçüncü olublar.
Qeyd edək ki, L.Hamilton bu il 7-ci dəfə dünya çempionu olub və bu göstəricidə almaniyalı Mixael Şumaxerə çatıb.