Dortmund "Borussiya"sı sabiq baş məşqçisi Lusyen Favra 1 milyon avro təzminat ödəyəcək.
Buna səbəb klubun 63 yaşlı mütəxəssisin müqaviləsinə xitam verilməsidir. İsveçrəli məşqçinin klubla 2021-ci ilin iyun ayına qədər sözləşməsi olsa da, o, dekabrın 13-də istefaya göndərilib.
"Borussiya" Bundesliqanın 11-ci turunda "Ştutqart"a məğlub olduqları oyundan (1:5) sonra Favrla yolları ayırıb.
Qeyd edək ki, Lusyen Favr 2018-ci ildən "Borussiya"da işləyirdi.