İDMAN

17 Dekabr

Premyer Liqada yeni qadağa gözlənilir

Bakı 17dekabr Fins.az

İngiltərə Premyer Liqasında çıxış edən futbolçuların əvəzedici heyətdə iştirak etməsi qadağan oluna bilər.

İngiltərə Peşəkar Futbolçular Assosiasiyası (PFA) bununla bağlı Premyer Liqa (APL) və İngiltərə Futbol Liqası (EFL) rəhbərliyinə müraciət edib.

PFA hesab edir ki, oyunçuların fərdi çalışması və ya əvəzedici heyətə göndərilməsi baş məşqçinin ona ümid bəsləmədiyinə işarədir və bu, futbolçular üçün alçaldıcı addımdır. Belədə futbolçularda psixoloji problemlər yaranır. "Çelsi"də Daniel Drinkuoter və "Tottenhem"də Denni Rouz buna misal göstərilib.

İngiltərə Peşəkar Futbolçular Assosiasiyası hər iki məsələ ilə bağlı klublara qadağa qoyulmasını tələb edib.