"Barselona"nın prezidentliyinə namizəd Emili Russo komandanın hazırda PSJ-də çıxş edən sabiq futbolçusu Neymarın Kataloniya klubuna qayıdacağı haqda yayılan xəbərlərə münasibət bildirib.
O, 28 yaşlı hücmçunun yalnız Paris təmsilçisi ilə müqaviləsinin bitməsindən sonra geri dönə biləcəyini deyib:
"Neymarın menecerləri ilə əlaqə qurduq. Kimlərsə Neymarın Messinin PSJ-yə transfer olunmasını və onunla birgə çıxış etməsini istədiyi haqda açıqlama verdiyini deyir. Amma Neymar 2019-cu ilin yayında dediyi kimi, "Barselona"ya qayıtmasını nəzərdə tuturdu. İndi onun transfer haqqını ödəyə bilmərik. Buna görə də Neymarın geri qayıtması yalnız onun PSJ ilə müqaviləsinin bitməsindən sonra baş verə bilər".
Qeyd edək ki, Neymar "Barselona"dan PSJ-yə 2017-ci ilin yayında 222 milyon avro qarşılığında keçib. Onun paytaxt klubu ilə müqaviləsi 2022-ci ilin yayına qədərdir.