Almaniya Bundesliqasında 11-ci tura yekun vurulub.
Turun son görüşündə "Bayer" doğma meydanda "Hoffenhaym"la qarşılaşıb. 4:1 hesabı ilə qalib gələn Leverkuzen təmsilçisi "Bavariya"nın xal itkisindən maksimum yararlanaraq zirvəyə yüksəlib. "Bayer"in hazırda 25 xalı var.
"Bavariya" 24 xalla 2-ci, "Leyptsiq" 24 xalla 3-cüdür. "Auqsburq" - "Şalke" - 2:2 "Bayer" - "Hoffenhaym" - 4:1