Bakı, 1 dekabr Fins.az
İngiltərənin “Nyukasl” klubu fəaliyyətini müvəqqəti dayandırıb.
Fins.az xəbər verir ki, Premyer Liqa təmsilçisi koronavirus pandemiyası səbəbindən bu addımı atıb.
Komandanın son koronavirus testində 5 nəfərin nəticəsi pozitiv olub. Onlardan 4-nün futbolçu, bir nəfərin isə klub işçisi olduğu bildirilib. Bu səbəbdən məşq bazasını bağlayan klub özünü karantinə alıb.