Bakı, 1 dekabr Fins.az
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Fins.az xəbər verir ki, iclasda Azərbaycan Premyer Liqasının 11-ci turu ilə bağlı qərarlar verilib.
“Keşlə” – “Sabah” oyununda “Keşlə” klubunun futbolçusu İlkin Qırtımov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə aldıqdan sonra hakimlər briqadasını təhqir etdiyi üçün 4 oyun cəzalanıb, klub 3200 manat cərimə olunub.
“Keşlə” klubunun 25 nömrəli futbolçusu Con Kamara qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.
“Sumqayıt” – “Qəbələ” oyununda “Sumqayıt” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.
“Qəbələ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.