İDMAN

30 Mart

Qvardiolanın komandasında görmək istədiyi fubolçu - FOTO

"Layptsiq"in müdafiəçisi Dayo Upamekano yayda komandadan ayrıla bilər.
 
Fins.az xəbər verir ki, "Mançester Siti" Upamekano ilə ciddi şəkildə maraqlanır. Xüsusilə də baş məşqçi Pep Quardiolanın 21 yaşlı futbolçunu sərəncamında görmək istədiyi bildirilir.
 
Upamekano yayda komandanı tərk etmək istədiyini rəhbərliyin nəzərinə çatdırıb. Daha əvvəl onun adı "Barselona", "Milan" və "Liverpul"la yanaşı hallanırdı.
 
Fransız oyunçu cari mövsümdə Bundesliqada 21 matçda meydana çıxıb.