İDMAN

29 Mart

Essyen müqaviləsi bitdikdən sonra da Azərbaycanda qala bilər

Mövsümün sonunda “Səbail”lə müqaviləsi başa çatacaq Maykl Essyen Azərbaycanda qala bilər.

Fins.az xəbər verir ki, qanalı yarımmüdafiəçinin futbolçu karyerasını başa vurub, məşqçiliyə başlayacağı bildirilib. "Səbail" rəhbərliyinin 38 yaşlı ulduz futbolçuya U-19 komandasını çalışdırmağı təklif etdiyi qeyd olunub.

Xatırladaq ki, "Səbail"ə ötən il in martında İndoneziya təmsilçisi "Persib Bandunq"dan keçən Maykl Essyen daha əvvəl “Çelsi”, “Real” və “Milan” kimi klublarda oynayıb.