İDMAN

29 Mart

PSJ-nin qapıçısı ölkəsinə getmək üçün 200 min ABŞ dolları xərclədi

Fransanın PSJ klubunun futbolçusu Keylor Navas koronavirus pandemiyasına görə ölkəni tərk edib.

Fins.az xəbər verir ki, kosta-rikalı qapıçı vətəninə icarəyə götürdüyü xüsusi təyyarə ilə yollanıb.

34 yaşlı qolkiper bunun üçün 200 000 ABŞ dolları xərcləyib.

Qeyd edək ki, daha əvvəl PSJ-nin braziliyalı futbolçuları - Neymar və Tiaqo Silva klubdan icazə alaraq ölkələrinə qayıdıblar.