İDMAN

05 Mart

Arsenal-da ciddi itki

Arsenal ciddi itkiylə üzləşib.

Fins.az xəbər verir ki, London təmsilçisinin futbolçusu Lukas Torreyra sıradan çıxıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. İngiltərə FA kubokunun 1/8 finalının Portsmouth-la matçında (2:0) zədələnən 24 yaşlı yarımmüdafiəçi 16-cı dəqiqədə meydanı tərk edib.

Uruqvaylı futbolçunun son durumu tibbi müayinədən sonra bilinəcək.